Bu il yanvar-avqust aylarında müxtəlif xarici ölkələrdən Azərbaycana 1 milyard 144 milyon 889 min dollar dəyərində yeyinti məhsulları idxal edilib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalı ümumi idxalın 15,58 faizi təşkil edib.
Yeyinti məhsulları arasında dəyər ifadəsində ilk yeri 140 milyon 674 min dollar dəyərində olan bitki və heyvan mənşəli piylər və yağlar tutub.
Azərbaycanın özünün də meyvə-tərəvəz ixraacatçı olmasına baxmayaraq, heç də ölkəmizə gətirilən banan, anonas, qreyfurt və digərlərinin miqdarı az olmayıb. 8 ayda ölkəmizə 136 milyon 494 min dollar dəyərində meyvə-tərəvəz idxal olunub.
Buğda idxalı isə 122 milyon 245 min dollar dəyərləndirilməklə yeyinti məhsullarının idxalında üçüncü yerdə qərarlaşıb.
Azərbaycana 50 milyon 112 min dollarlıq kərə yağı və süddən hazırlanmış digər yağlar, 43 milyon 721 min dollar dəyərində ət, 41 milyon 925 min dollar çay, 24 milyon 832 min dollar dəyərində düyü, 8 milyon 954 min dollar dəyərində qarğıdalı, 8 milyon 292 min dollarlıq süd, 3 milyon 87 min dollar dəyərində arpa idxal olunub.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:26 / 04.10.2021
2021-ci ildə xaricdən alınan ƏRZAQ məhsullarının STATİSTİKASI
Hazırda oxunan: 2021-ci ildə xaricdən alınan ƏRZAQ məhsullarının STATİSTİKASI
Hazırda oxunan: 2021-ci ildə xaricdən alınan ƏRZAQ məhsullarının STATİSTİKASI
40033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.