Bu ilin yanvar avqust aylarında Azərbaycanda ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 8 ayı ilə müqayisədə 62.3% artıb.
Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 6 milyard 94 milyon manat olub.
Həyata keçirilən nağdsız ödənişlərin 3 milyard 278 milyon manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 2 milyard 439 milyonu manatı POS-terminallar, 377 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.
Avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 31.5%-ni təşkil edib.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:26 / 04.10.2021
Azərbaycanda bu il nağdsız əməliyyatlar nə qədər artıb? – MƏRKƏZİ BANK
Hazırda oxunan: Azərbaycanda bu il nağdsız əməliyyatlar nə qədər artıb? – MƏRKƏZİ BANK
Hazırda oxunan: Azərbaycanda bu il nağdsız əməliyyatlar nə qədər artıb? – MƏRKƏZİ BANK
0:00
0:00
40010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.