Sənaye məhsullarının və xidmətlərin həcmi AÇIQLANDI     

Hazırda oxunan: Sənaye məhsullarının və xidmətlərin həcmi AÇIQLANDI     

39761

2021-ci ilin yanvar-avqustunda Bakıda sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 26,0 milyard manat təşkil edib.

Bizim.Media xəbər verir ki, sənaye məhsulunun 75,2 faizi mədənçıxarma, 21,6 faizi emal, 2,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Glensol şirkəti neft sənayesində ehtiyat hissələrinin istehsalına başladı


Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faiz olub.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,7 faiz təşkil etmişdir.
​​​​​​​

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2021-ci il vəziyyətinə 301,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub.


Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 73,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin