İranda kriptovalyuta mədənçiliyinə qoyulan qadağa götürülüb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, elektrik enerjisinin çatışmazlığı yaşanan ölkədə 4 ay müddətində enerjiyə qənaət məsədilə kriptovalyuta mədənçiliyinə qadağa qoyulmuşdu.
İndi isə İran hökuməti rəsmi olaraq Bitcoin (BTC) mədənçiliyinə qoyulan qadağanı ləğv etdiyini açıqlayıb. Ölkədəki isenziyalı mədənçilər mədən işlərinə davam edə biləcəklər.
Yeni qərar onunla izah edilir ki, qadağaya baxmayaraq, ölkədə elektrik çatışmazlığı problemi davam edib. Ölkə rəsmiləri isə bu durumun qeyri -qanuni mədənçilik fəaliyyətinin davam etməsi ilə əlaqələndiriblər.
Qeyd edək ki, İranda mədən işlərinin təxminən 85 faizinin qanunsuz həyata keçirildiyi bildirilir.
Həftənin əvvəlində İranın ən böyük birjalarından birinin binasında onlarla ASİC mədən cihazı tapılıb. Bundan sonra birjanın baş direktoru Ali Sahraee istefa verib.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:52 / 01.10.2021
İranda yenidən “Bitkoin” istehsal ediləcək
Hazırda oxunan: İranda yenidən “Bitkoin” istehsal ediləcək
Hazırda oxunan: İranda yenidən “Bitkoin” istehsal ediləcək
39681
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.