İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 51 rayondan 47-də pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işlərinin icrasına başlanılıb.
Bizim.Media xəbər verir ki, Xidmətdən açıqlanan məlumata görə, torpaqların elektron kadastr uçotu işi ölkə ərazisində 51 rayon üzrə yekunlaşıb.
47 rayondan 10-da (Ağsu, Qobustan, Hacıqabul, Salyan, Kürdəmir, Ucar, Ağcabədi, Ağdaş, Ağdam və Şamaxı rayonlarında) dürüstləşdirmə işləri yekunlaşdırılaraq nəticələr Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilib.
MÖVZU İLƏ BAĞLI:
Bələdiyyələrin qanunsuz verdiyi torpaqlar geri qaytarılıb - RƏSMİ
Görülən işlər zamanı ilk növbədə sənədlərdəki məkan göstəriciləri ilə istifadədə olan faktiki göstəriciləri uyğun olmayan pay torpaqları dəqiqləşdirilir.
Pay torpaqları ilə bağlı qarşıya çıxan problemlər torpağın yerləşdiyi ərazidə araşdırılaraq uyğunsuzluqlar aradan qaldırılır.
Ərazi vahidi üzrə layihələr hazırlanıb kağız variantda müvafiq icra nümayəndəliyi və bələdiyyələrlə razılaşdırılır. Sonda dürüstləşdirilmiş məlumatlar Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilir.
Bizim.Media