KOBİA-nın dəstəyi ilə Azərbaycan-İraq Dəyirmi Masası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.
O. Məmmədov “Twitter” hesabında etdiyi paylaşımda tədbirdə rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə işgüzar əməkdaşlıq imkanlarına dair müzakirələrin aparıldığını qeyd edib.
Tədbir çərçivəsində KOBİA və İraq Ticarət Palataları Federasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Bizim.Media
#KOBİA-nın təşkilatçılığı, rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə işgüzar əməkdaşlıq imkanlarına dair Azərbaycan-İraq Dəyirmi Masası keçirilib. Tədbir çərçivəsində KOBİA və İraq Ticarət Palataları Federasiyası @FICC_ORG_IQ arasında əməkdaşlıq Memorandumu imzalanıb. pic.twitter.com/WvIoWStWzi
— Orkhan Mammadov (@MammadovOrkh) September 28, 2021