“EY Azərbaycan” tərəfindən Azərbaycanda üçüncü dəfə “EY İlin iş adamı” müsabiqəsi keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.
O. Məmmədov “Twitter” hesabında etdiyi paylaşımda sahibkarları KOBİA-nın tərəfdaşlığı ilə keçirilən müsabiqədə aktiv iştiraka dəvət edib.
Bizim.Media
#KOBİA-nın tərəfdaşlığı ilə @EY_Azerbaijan tərəfindən “EY İlin İş Adamı” @EY_EOY müsabiqəsinə start verilib. Artıq üçüncü ildir ki, KOBİA olaraq müsabiqənin rəsmi tərəfdaşı olmaqdan məmnunuq. Sahibkarları müsabiqədə aktiv iştiraka dəvət edirəm. pic.twitter.com/slQwDhEPmG
— Orkhan Mammadov (@MammadovOrkh) September 25, 2021