Avropada kömürün qiyməti ən yüksək həddə ÇATDI

Hazırda oxunan: Avropada kömürün qiyməti ən yüksək həddə ÇATDI

38582

Londondakı “İCE Futures” birjasında bu gün keçirilən hərraclara görə kömürün gələn il fyüçersləri 137 ABŞ dollarınadək bahalaşıb.

Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir ki, bu, 2008-ci ildən bu yana ən yüksək qiymətdir.

Avropada qazın bahalaşması daha əlverişli enerji mənbələrinə tələbatın artmasına səbəb olub. O cümlədən elektrik enerji istehsalında mühüm xammal olan kömürə tələbat artıb.

Halbuki regionda ehtiyatları məhdud olan kömürün Avstraliya, Cənubi Afrika Respublikası və Kolumbiyadan idxalı da müəyyən çətinliklərlə bağlıdır. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin