Moskva türklərlə yenə “pomidor müharibəsi”nə başladı

Hazırda oxunan: Moskva türklərlə yenə “pomidor müharibəsi”nə başladı

38548

“Rosselxoznadzor” indi də Türkiyədən Rusiyaya tədarük edilən meyvə və pomidorun üzərində nəzarətin gücləndirilməsini istəyib.

Bizim.Media xəbər verir ki, Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin məlumatında meyvələrdə “moniliniafructicola”, tərəvəzin üzərində isə qəhvəyi qırış virusu aşkar edildiyi açıqlanıb. 

Qurum qarşı tərəfdən Rusiyaya idxal edilən məhsulların fitosanitar təhlükəsizliyini təmin etməsini xahiş edib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiya Türkiyənin Antalya və İzmir əyalətlərindən pomidor və bibər idxalını qadağan etmişdi, bundan sonra məhdudlaşdırıcı tədbirlərin genişlənə biləcəyi barədə xəbərdarlıq edilmişdi.

Onu da qeyd edək ki, son günlər iki qonşu ölkə arasında siyasi gərginlik bir qədər artıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin