YAP Gəncə Şəhər Təşkilatı təlim keçirdi

Hazırda oxunan: YAP Gəncə Şəhər Təşkilatı təlim keçirdi

38526

Moderator.az xəbər verir ki,  YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi Partiyanın Qərargahında 18 dekabr 2013-cü il tarixində daha çox gəncləri maraqlandıran  “Peşə etikası və psixologiyasi” mövzusunda təlim keçirib. Təlimdə YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev və fəal gənclər iştirak edib.

         Təlimin əvvəlində çıxış edən Fərid Dünyamalıyev iştirakçıları salamladı və müasir dünyada həyatı normal davam etdirə bilməyin  əsas şərtinin  yaxşı təhsil almaq olduğunu bildirdi. Qeyd etdi ki, orta məktəbdən başlayan, fasiləsiz şəkildə davam edən təhsil müddəti və bu müddət ərzində aldığımız biliklər bizim hərtərəfli inkişafımızı, gələcəyimizi əsaslandırır. Bu baxımdan ən əhəmiyyətli faktor peşə seçimidir. Peşələr haqqında ətraflı məlumat, peşəni həyat fəaliyyətimiz üçün düzgün seçməyimiz, həmin sahəni dərindən öyrənməyimiz, işimizdə geniş tətbiq etməyimiz, bizi necə bir gələcəyin gözlədiyini şərtləndirir . Peşə seçimi yalnız bir iş sahəsini deyil, həmçinin həyatda düzgün istiqamət götürməyimizi də formalaşdırır.

         Mən inanıram ki, iki gün davam edəcək təlim gənclərin peşə seçimindəki psixologiyasına əsaslı dəstək olacaq və gələcəkdə seçdikləri sahədə müvəffəqiyyətə nail olacaqlar.

         Psixoloq, təlimçi Günay Məmmədova peşə etikası, peşə seçimində yol verilən səhvlər, düşüncələr, fikirlər ətrafında məzmunlu və dolğun təlim keçdi. Təlimdə iştirak edən gənclər komandalara bölünərək, maraqlı oyunlar nümayiş etdirdilər.

38 nəfər fəal gəncin iştirak etdiyi bu təlim iki gün davam edəcək.

 

i

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin