Çin Xalq Bankı kriptovalyutalarla əməliyyatları qadağan edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ölkədə kriptovalyuta ilə edilən bütün əməliyyatlar "qeyri -qanuni" elan edilib.
Xalq Respublikasında verilən bu qərardan sonra kriptovalyutaların qiymətində kəskin azalma müşahidə olunub.
Bitkoin 4,5 faiz, “Ether” 7 faiz ucuzlaşıb.
Çin Xalq Bankı kriptovalyutaların rəsmi olaraq təsdiqlənməmiş bir valyuta olmadığını və bazarda dövr edə bilməyəcəyini açıqlayıb. Ölkədə kriptovalyuta hasilatı da bir qədər əvvəl qadağan edilmişdi.
Əlavə edək ki, Azərbaycanda da kriptovalyuta rəsmi maliyyə vasitəsi kimi təsdiqlənməyib.
Xatirə, Bizim.Media