2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 143,4 saat olub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəmizdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində çalışanların ən çox işlədiyi məlum olub.
Onlar ay ərzində 149,9 saat işləyir
İqtisadi fəaliyyət sahələri arasında “qoçaqlıqa” ikinci yeri tikinti və dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində çalışanlar aylıq 148,7 saatlıq işləri ilə tutub.
Təhsil sahəsi iş saatının miqdarına görə, ən yüngül sahə hesab oluna bilər. Bir müəllimə düşən iş saatının miqdarı ayda 135,5-dir.
Xatirə, Bizim.Media