Qlobal innovasiyalar reytinqində Azərbaycanın mövqeyi yaxşılaşdı

Hazırda oxunan: Qlobal innovasiyalar reytinqində Azərbaycanın mövqeyi yaxşılaşdı

37841

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) hər il tərtib etdiyi qlobal innovasiyalar reytinqində Azərbaycanın mövqeyi yaxşılaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə WIPO-ya informasiya yayıb.

İsveçrənin Cenevrə şəhərində dərc edilən 2021-ci il üzrə reytinqdə Azərbaycan 80-ci yerdə qərarlaşıb. 2020-ci ildə Azərbaycan bu reytinqdə 82-ci yeri tutmuşdu.

Reytinqdə ilk 3 pilləni isə İsveçrə, İsveç və ABŞ tutur.

Reytinq qlobal innovasiyalar indeksinə əsaslanır. İndeksdə insan kapitalı və araşdırmalar, infrastruktur, bazarın və biznesin inkişafı, biliklər və texnologiyalar, kreativlik kimi parametrlər nəzərə alınır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin