İcbari Tibbi Sığorta Agentliyi 3 milyon dollar ayırdı – NƏ ÜÇÜN?  

Hazırda oxunan: İcbari Tibbi Sığorta Agentliyi 3 milyon dollar ayırdı – NƏ ÜÇÜN?  

37777

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" Publik Şəxsi test dəstlərinin alınması üçün tender elan edib.

Bizim.Media dövlət satınalmalarının vahid portalına istinadən xəbər verir ki, tenderin dəyəri 3 milyon dollardan çoxdur.  
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Agentliyi 65 təcili tibbi yardım avtomobili alır


Roche Cobas 6800 tam avtomat Real Time PZR analizatorunda istifadə olunan test dəstlərinin (amplifikasiya, ekstraksiya və istifadə ediləcək ləvazimatlar daxil) satın alınması üçün tenderə sənədlər 1 oktyabr 15.00-dək qəbul edilir.

Tender təklifi və bank təminatı isə möhürlənmiş ikiqat zərfdə 11 noyabr 17:00-a qədər Nəsimi rayonu, Lev Tolstoy küç 170 ünvanına təqdim olunmalıdır.

Qeyd edək ki, tenderdə iştirak haqqı 1000 manatdır. Bu məbləğ heç bir halda geri qaytarılmır.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin