SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - BU TARİXDƏN 

Hazırda oxunan: SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - BU TARİXDƏN 

37730

Bu gündən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına abunə yazılışı başlayır. 

Bizim.Media xəbər verir ki, proses oktyabrın 29-na qədər davam edəcək. 

Qiymətli kağızları həm ölkə vətəndaşları, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər ala bilər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Aİ-95” və “Aİ-98” benzinin qiyməti BAHALAŞDI - YENİLƏNİB


SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış köşkləndən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkündür.  

Proses "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC istisna olmaqla bütün investisiya şirkətlərini əhatə edəcək. 

Bu dəfəki istiqraz emissiyasının illik gəlirliliyi 4,5 % təşkil edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin