Yaponiya və Koreya şirkətlərinin Qarabağ planları – ÖZƏL TƏFƏRRÜAT

Hazırda oxunan: Yaponiya və Koreya şirkətlərinin Qarabağ planları – ÖZƏL TƏFƏRRÜAT

37532

Koreya şirkətləri Qarabağdakı “Yaşıl enerji” zonası layihəsinə maraq göstərirlər. Ölkənin Azərbaycandakı səfiri Kim Onq Op Energetika Nazirliyinə müraciət edildiyini bildirib. 
Qeyd edək ki, layihəyə maraq göstərən yalnız Koreya şirkətləri deyil, bu ilin may ayında Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında da bu istiqamətdə müqavilə imzalanıb.

Bəs, layihənin xarici investorlar üçün cəlbediciliyi nədədir? 

Bizim.Media xatırladır ki, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi üçün konsepsiya və baş planın hazırlanması üçün Energetika Nazirliyinə 1 milyon 391 min 40 dollar məbləğində vəsaitin ayrılması qərara alınıb. 

Qarabağda alternativ enerji (günəş, külək, su enerjisi) istehsalı üçün geniş imkanların olduğu bildirilir.

İlkin olaraq bölgədə “yaşıl enerji” potensilı belə qiymətləndirilir:

Yer səthinə düşən günəş radiasiyası miqdarına görə Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvandan sonra ikinci yerdə dayanır. Ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Yeni Şuşa belə olacaq – FOTO 


Regionun dağlıq hissəsində küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır.

Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. 

Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Termal mənbələrdən enerji istehsalı nəzərdə tutulur.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin