“Azərbaycan rəqəmsallaşma səviyyəsinə görə yüksək mövqedədir” - HESABAT 

Hazırda oxunan: “Azərbaycan rəqəmsallaşma səviyyəsinə görə yüksək mövqedədir” - HESABAT 

37344

Azərbaycan Dünya Bankı tərəfindən hazırlanan “GovTech yetkinliyi indeksi”nin (GovTech Maturity Index - GTMI) cari il üzrə hesabatında yüksək nəticələr əldə edib.  

Bizim.Media xəbər verir ki, 198 ölkəni qiymətləndirən indeksdə Azərbaycan rəqəmsallaşma səviyyəsinə görə ikinci pilləyə layiq görülərək yalnız ölkələrin 30 faizinin daxil ola bildiyi “hökumətin rəqəmsallaşmasına yüksək səviyyədə diqqət ayıran” adlandırılan və 59 ölkədən ibarət qrupda yer alıb.

Bu qrupa Çin, Rusiya, Belarus, İrlandiya, Çexiya və digər ölkələr də daxil ediliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin