Azərbaycandan Rusiyaya daha neçə şirkət alma ixrac edəcək?

Hazırda oxunan: Azərbaycandan Rusiyaya daha neçə şirkət alma ixrac edəcək?

36940

Azərbaycanın daha 11 şirkəti Rusiyaya alma ixrac etməyə icazə alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində həyata keçirilən birgə tədbirlərin nəticəsi və Agentliyin zəmanəti əsasında “Rosselxoznadzor” tərəfindən 2021-ci il 14 sentyabr tarixindən daha 11 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan Azərbaycana ixrac 1 milyard dollar həddini keçdi


Qeyd edək ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 65 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Rusiya Federasiyasına alma ixracına icazə verilən müəssisələrin ixrac potensialı 144 767 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66 924 ton alma məhsulunun 216 faizi həcmindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin