Moderator.az-ın verdiyi məlumata görə, forum, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalendanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq biznes foruma tikinti, infrastruktur, memarlıq, dizayn, inşaat materiallarının istehsalı və hidroenergetika sahələrində fəaliyyət göstərən 50-dən artıq İtaliya şirkətinin qatılacağı gözlənilir.


































































































