Azərbaycandan türkdilli ölkələrə TƏKLİF

Hazırda oxunan: Azərbaycandan türkdilli ölkələrə TƏKLİF

36325

“Çağdaş dünyanın əsas çağırışlarından biri rəqəmsal ticarətin sürətlə inkişafıdır. Bildiyiniz kimi sözügedən sahənin inkişaf etdirilməsi üçün bu ilin aprel ayında Azərbaycanla Türkiyə arasında anlaşma memorandumu imzalanıb.

Həmin sənəd ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə, mal və xidmətlərin müasir vasitələrlə ticarətinə təkan verib”.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Türk İnvestisiya Fondu yaradılır – SAZİŞ İMZALANACAQ


“Türkdilli ölkələr arasında rəqəmsal ticarət platformasının qurulması üçün işlər aparılacaq. Düşünürəm ki, çoxtərəfli memorandum ölkələrimiz arasında rəqəmsal ticarət platformasının yaradılmasını təşviq edəcək.

Biz bu təkliflə çıxış edirik ki, Türkiyə ilə imzalanan memorandum bütün turk dövlətlərini əhatə etsin və biz çoxtərəfli memorandumun hazırlanmasına başlayaq”, - o qeyd edib.

M.Cabbarov türkdilli ölkələrin “yaşıl enerji”, loqistika və infrastruktur sahəsində də əməkdaşlığının vacib olduğunu qeyd edib:
 

"Bu tədbir həm də noyabrda keçiriləcək zirvə toplantısının iqtisadi blokunun formalaşdırılması məqsədi daşıyır. Bu baxımdan bizim üzərimizə böyük məsuliyyət düşür.


Gündəliyimizdə duran əsas məsələlər iqtisadiyyat üzrə işçi qrupunun katibliyinin fəaliyyətinə dair hesabatın dinlənilməsi və cari məsələlərin müzakirəsi, müxtəlif iqtisadi zonalar sahəsində anlaşma memorandumunun imzalanması və türkdilli ölkələrdə aktiv fəaliyyət göstərən şirkətlərin mükafatlandırılamsıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin