Bitkoin bazarını KİMLƏR idarə edir? – İqtisadiyyatda MANİPULYASİYA 

Hazırda oxunan: Bitkoin bazarını KİMLƏR idarə edir? – İqtisadiyyatda MANİPULYASİYA 

36255

Dünən bitkoinə maliyyə yatıran investorlar əsl həyacan yaşadılar. Bir gündə 2 faizə qədər bahalaşma, daha sonra isə 10 faizə qədər  ucuzlaşma baş verdi. Səhər kriptovalyuta 52 min, günorta 45 min 112, axşam isə 47 min dollar dəyərləndirildi.

Kəskin qiymət dəyişikliyi kriptovalyuta bazarının heç də mexaniki formada tənzimlənmədiyinə, burada “gizli əl”-in olduğuna şübhələr yaradır. 
 

MÖVZU İLƏ BAĞLI:

Kriptovalyuta bazarında REKORD YÜKSƏLİŞ 


İqtisadçı Rəşad Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, bitkoinin qiymətinə təsir edən əsas faktor son günlər maliyyə bazarlarında dolların möhkəmlənməsidir: 

“Dolların möhkəmlənməsi digər valyuta və əmtəələrin, o cümlədən də kriptovalyutanın uzuzlaşmasına gətirib çıxarır. Digər tərəfdən isə qısa müddətdə bahalaşmadan sonra qiymətlərin korreksiyasının başlanacağı gözlənilən idi. Üçüncü səbəb isə iqtisadi qapanmaların olmamasıdır. Çünki kriptovalyuta bazarına meyillilik daha çox təlatüm dövründə baş verir, nəinki sabitlik”.
 

Bəs, kriptovalyuta bazarında manupulyasiya ehtimalları varmı? Qiymətlərin məqsədli şəkildə artırılıb-azaldılması mümkündürmü?


İqtisadçının sözlərinə görə, sözügedən bazarda manupulyasiya imkanları genişdir: 

“Çünki burada bazar iştirakçılarının sayı azdır. Bitkoin bazarında təxminən 70 faiz valyutanın cəmi bir neçə nəfər tədarükçü əlində cəmləşməsi məsələsi var. Bu da ciddi risk yaradır.

Onlardan hər hansı birinin almaq və ya satmaqla bağlı qərarları bazarda böyük qiymət oynamalarına səbəb ola bilir. Yəni bitkoin bazarı manupulyasiyaya kifayyət qədər açıq bir bazardır”. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin