Rusiyadan Azərbaycana YENİ QADAĞALAR - “Güvə silahı” nəyə xidmət edir? 

Hazırda oxunan: Rusiyadan Azərbaycana YENİ QADAĞALAR - “Güvə silahı” nəyə xidmət edir? 

36087

Rusiya bu dəfə də gavalı idxalında sahibkarlarımıza problem yaradıb.

Ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən çəkisi 1,222 ton olan təzə gavalıya baxış zamanı şərq güvəsi aşkarlandığı açıqlanıb. Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq, yoluxmuş gavalı məhv edilib.

Məlumdur ki, bu il və ötən il pomidor, alma idxal edən fermerlərimiz də anoloji problemlə üzləşiblər.

Şimal qonşumuzun idxal məhdudiyyətlərinin iki ölkə arasında siyasi narazılıqlar müşahidə edildiyi zamana təsadüf etməsi isə bir sıra suallar doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan 23 ölkə ilə idxal şərtlərini dəyişdirdi - SƏBƏB


Sabiq millət vəkili, iqtisadçı alim Nazim Bəydərmirli hesab edir ki, istənilən ölkə ilə ticarət əlaqələri qarşılıqlı şərtlər əsasında aparılmalıdır. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, fitosanitar xidmətlər hər iki ölkədə mövcuddur: 

“Onların verdiyi sənədlər qarşılıqlı olaraq tanınmalıdır. Bir neçə gün əvvəl belə bir anlaşma da imzalanmışdı.

Təəssüf edirəm ki, Rusiya müxtəlif ölkələrlə ticarət əlaqələrini siyasi təzyiq altında həyata keçirir və iqtisadi məsələlərdən “silah” kimi istifadə edir”. 

Nazim Bəydəmirli hesab edir ki, Azərbaycan hökuməti sahibkarların Avropa bazarlarına çıxışı üçün Avropa Birliyi ilə azad ticarət və gömrük prosedurlarının yumşaldılması, rüsumlardan azad olunması ilə bağlı sənədləri imzalamalıdır: “Hökumət daha çox sahibkarların alternativ bazarlara yönləndirilməsi üçün çalışmalıdır”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin