Bu ilin II rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 202,8 min ABŞ dolları investisiya qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Gürcüstan və İrandan qorunmalıdır – RƏSMİ AÇIQLAMA
Sənədə qeyd olunub ki, bu, son 2 ildə Azərbaycanın Gürcüstana yatırdığı ilk sərmayədir.
Azərbaycan 2020-ci ildə Gürcüstandan 30,8 milyon dollar, 2021-ci ilin I rübündə isə 6,240 milyon dollar investisiyanı geri çəkib. Aprel-iyunda Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi məbləği 234,2 milyon dollar (2,6%) təşkil edib. (“Report”)
Bizim.Media