“Azərbaycanda fermerlərə əkin subdiyasının verilməsi ilə bağlı qərarda xeyli dəyişiklik var”.
Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.
“Əvvəllər pambıq, şəkər çuğunduru və tütünə görə həm əkin, həm də məhsul subsidiyası verilirdi. İndi isə yalnız məhsul subsidiyası veriləcək. Amma bu subsidiyanın məbləği hər ton üçün artırılıb.
MÖVZU İLƏ BAĞLI:
Bu il kənd təsərrüfatı mallarının ixracında rekord qeydə alınacaq
Məhsul subsidiyası pambıqda 100 manatdan 170 manata, tütündə 5 manatdan 26 manata, çəkər çuğundurunda isə 4 manatdan 12 manata qaldırılıb”, - deyə o, qeyd edib.
“Rayonlarda davamlı olaraq görüşlər keçiririk. Pambıq əkən fermerlərlə görüşlərdə bildirilir ki, məhsulun həcmi artırılsa, əkin subsidiyasına ehtiyac qalmayacaq. Yeni qaydalar onların daha çox məhsul istehsal etməsini stimullaşdıracaq”, - deyə V.Hüseynov əlavə edib.
Bizim.Media