İlin sonuna qədər neftin qiyməti neçə olacaq? – Ekspertdən AÇIQLAMA 

Hazırda oxunan: İlin sonuna qədər neftin qiyməti neçə olacaq? – Ekspertdən AÇIQLAMA 

34964

Ötən il pandemiya və qapanmalar neft qiymətlərinin kəskin şəkildə azalmasına səbəb oldu ki, bu da Azərbaycan da daxil olmaqla istehsalçı ölkələrə öz zərbələrini vurdu.

“Delta” ştamının sürətlə yayılması və bunun bir sıra ölkələrdə məhdudiyyətlərə gətirib çıxarması bu ay neft qiymətlərinin nisbətən geriləməsinə şərait yaratmışdı.

Sabah OPEC-in toplantısı keçiriləcək. Yığıncaqda neft istehsalının gündəlik olaraq 400 min barel artırılacağı gözlənilir. 
 

MÖVZU İLƏ BAĞLI:

7 ayda Azərbaycanın ixracı nə qədər olub? - AÇIQLANDI


OPEC-də hasilatın artırılması haqda qərar qəbul edilərsə, bu ucuzlaşma tendensiyasını daha da gücləndirə bilərmi?

Enerji məsələləri üzrə ekspert İlham Şaban Bizim.Media-ya açıqlamasında bildirib ki, adətən Monitorinq Komitəsinin toplantısında kvotalara necə əməl edilməsi, neftə olan təlabatın qarşılanması kimi məsələlər nəzərdən keçirilir və OPEC nazirlərinə təkliflər hazırlanır: 

“Avqustun 1-dən etibarən 5 ay müddətində hər ay neft hasilatının artırılması qərarı qəbul edilib. Avqust ayında hasilat, o cümlədən də Azərbaycanın kvotası artırıldı. Hasilatın artmasına baxmayaraq, təlatümlü bir şey baş vermədi, baxmayaraq ki, koronavirusun yeni ştamı dünyanın 90-dan çox ölkəsində qeydə alınıb və bu bir sıra məhdudiyyətlərə səbəb olub. Ümumilikdə may ayından avqustadək hələ ki, neftə olan təlabatın azaldığını müşahidə etmirik. Bunun nəticəsidir ki, qiymətlər 70+ həddində qalmaqdadır”.

Ekspert deyir ki, sentyabrda klematik faktorların neft hasilatına təsir edə biləcəyi mümkündür: 
 

“Bu həftə Meksika körfəzində baş verən qasırğa hasilatın azaldılmasına səbəb oldu. Enerji daşıyıcılarına təlabat daim kematik faktorlardan asılı olur.


İlin birinci yarısında neftin orta qiyməti 62.5 dollar olub, ümumilikdə cari il üçün 65 dollar proqnozlaşdırılıb. Bu proqnozlar da göstərir ki, dünya miqyasında ilin ikinci yarısında neftin qiymətinin daha yüksək olacağı qəbul edilir, nəinki azalması”. 

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin