COVİD 19 neft hasilatını daha da azaldacaq - ŞƏRH

Hazırda oxunan: COVİD 19 neft hasilatını daha da azaldacaq - ŞƏRH

3449

Dünya bazarında neft hasilatının həcminin artırılmayacağı ehtimalı var. Bunu Bizim.Media-ya COVİD-19 pandemiyasının neftin hasilatına təsirində danışan neft-qaz üzrə ekspert İlham Şaban bildirib.

İlham Şaban deyir ki, OPEC-in 2020 ci ilin aprel ayının əvvəllərində qəbul edilmiş qərarına əsasən neftin hasilatı may ayından mərhələli şəkildə kəskin - 9,7 milyon barelə qədər azaldılmışdı.

İndi bu göstəricinin də aşağı salınacağı gözlənilir.

Ekspert onu da qeyd edir ki, COVİD-19 pandemiyasının səngiyəcəyi ehtimal olunurdu, bunun da müqabilində dünya iqtisadiyyatı inkişaf edəcək və enerjiyə təlabat yüksələcəkdi:

“Amma belə olmadı, koronavirus yoluxmasındakı mövcud artımla əlaqədar neftin hasilatı 7,7 milyon barel səviyyəsinə endirildi. Hesablamalara görə 2021-ci ilin 1 yanvarından neft hasilatının limitlənməsi 5,7 səviyyəsinə kimi düşürüləcək”.

Hasilatın artırılması isə 2021 ci ilin ortalarına qədər təxirə salınacaq yəni,

“Əvvəllər qəbul olunmuş qərara əsasən, hasilatın OPEC+ çərçivəsində 1,9 milyon barel arıtılması ləğv ediləcək. Bu da bazara neft ixrac edən ölkələr üçün sevindirici bir haldır. Çünki bu, bazarda qara qızılın qiymətinin düşməsinin qarşısını alınacaq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin