Azərbaycanın ümumtəhsil müəssisələrində diferensial ödəniş sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Bu barədə Təhsil Nazirliyindən bildirilib.Nazirlikdən qeyd edilib ki, əməkhaqqının diferensial yanaşma əsasında müəyyənləşdirilməsi zəruridir.
Bu, müəllimlərin fəaliyyətlərini də stimullaşdırar: "Müəllimlərin peşəkarlığı, onların karyera inkişafı və fəaliyyətlərinin stimullaşdırılması, yeni metodlara verdikləri önəmə görə əməkhaqqının diferensial yanaşma əsasında müəyyənləşdirilməsi zəruridir. Bununla bağlı ümumtəhsil müəssisələrində diferensial ödəniş sisteminin tətbiqi nəzərdə tutulur".


























































































