"2014-cü ilin
büdcə layihəsi Nazirlər Kabinetində baxıldıqdan sonra Prezident Administrasiyasına göndərilib. Biz hal-hazırda bu layihənin Milli Məclisə
göndərilməsini gözləyirik. Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Əli Məsimli deyib.
Ə.Məsimlinin sözlərinə görə, büdcə layihəsinə Prezident Administrasiyası baxdıqdan sonra
münasibət bildirə bilər.
“Büdcənin
müzakirəsini Milli Məclisin bir neçə komitəsi müzakirə edəcək. Mən yalnız
müzakirələr zamanı büdcə layihəsi haqqında hər hansısa fikir söyləyə bilərəm”.
Xəyal Əzizov































































































