Azərbaycan məhsulları Çin sərgisində

Hazırda oxunan: Azərbaycan məhsulları Çin sərgisində

34057

Avqustun 25-də Çin Xalq Respublikasının Urumçi şəhərində Çin-Avrasiya Sərgisi öz işinə başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bu il onlayn formatda keçirilən sərgidə Azərbaycan “fəxri qonaq” statusunda iştirak edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Çin şirkətləri Ağdam Sənaye Parkına investisiya yatıracaq? - FOTO


Tədbirdə ölkənin Çindəki ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə vahid ölkə stendində 25 Azərbaycan şirkəti 200-dən çox çeşiddə məhsulla təmsil olunur.

Sərgidə qida və kənd təsərrüfatı məhsulları ilə yanaşı, xalçalar da nümayiş edilir, ölkənin biznes və investisiya mühiti, tranzit-nəqliyyat potensialı və turizm imkanları təqdim olunur. 

Sərgi avqustun 29-dək davam edəcək. Tədbir çərçivəsində onlayn forum və ikitərəfli görüşlər keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin