Azərbaycanın adı korrupsioner ölkələrin arasında yoxdur - SİYAHI

Hazırda oxunan: Azərbaycanın adı korrupsioner ölkələrin arasında yoxdur - SİYAHI

34018

Transparency International” təşkilatı ölkələrin yeni korrupsiya reytinqini açıqlayıb.Modeator.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Azərbaycan bu dəfə siyahıda yer almayıb. Ən aşağı göstəricilər Avstraliya, Almaniya, Norveç və Birləşmiş Krallıqda müşahidə olunub. 

Korrupsiyanın yüksək göstəriciləri müşahidə olunan ölkələr arasında qonşu Gürcüstan, Rusiya və Türkiyə də var. Digər maraqlı fakt isə budəfəki reytinq cədvəlində Ermənistanın da adının olmamasıdır. 

Hesabatda qeyd olunur ki, əksər ölkələrin parlamenti Müdafiə Nazirliklərinin işində effektli nəzarət həyata keçirə bilmirlər. Beləliklə 82 ölkənin parlamentinin hərbi büdcəyə nəzarətinin keyfiyyətini yoxlamaq üçün araşdırma aparılıb. Məlum olun ki, parlamentlərin 85%-i Müdafiə Nazirliyinə məxsus pulların idarə edilməsi tapşırığının öhdəsindən yaxşı gələ bilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin