Bakı Limanında qadağalar tətbiq ediləcək

Hazırda oxunan: Bakı Limanında qadağalar tətbiq ediləcək

33935

“Bakı Limanı 2035 - CO2 zero emisya” strategiyasınsa əsasən liman ərazisində ekologiyanı qorumaq və inkişaf etdirmək üçün bir sıra yeniliklər və qadağalar tətbiq ediləcək. 

Bizim.Media xəbər verir ki, Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək plana əsasən, sözügedən tarixdən etibarən Bakı Limanına dizel, benzin və ya havaya böyük həcmdə istixana qazı atan digər yanacaq növləriylə işləyən nəqliyyat vasitələrinin buraxılmaması nəzərdə tutulur.

Liman ərazisində yalnız yaşıl yanacaqla işləyən nəqliyyat vasitələrindən və avadanlıqlardan istifadə olunacaq, liman akvatoriyasına daxil olan gəmilər isə tam olaraq elektrik enerjisi ilə təmin olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Dəniz Agentliyindən XƏBƏRDARLIQ


Bununla yanaşı liman ərazisi və akvatoriyasında tam olaraq yalnız elektrik enerjisindən istifadə ediləcək.

Həmçinin liman akvatoriyasında yalnız elektriklə və yaşıl yanacaqla işləyən yedək gəmilərindən istifadə ediləcək, bütün tikililər isə yaşıl bina standartlarına uyğunlaşdırılacaq. 

Bakı Limanında mövcud ekoloji inkişaf konsepsiyası çərçivəsində hava keyfiyyətinə nəzarətin gücləndirilməsinə dair istixana qazlarının emissiyasını 2035-ci ilə qədər “0”-a endirilməsi hədəflənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin