Bakıda yeni yollar salınacaq

Hazırda oxunan: Bakıda yeni yollar salınacaq

33431

Moderator.az-ın məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək beynəlxalq oyunlarla bağlı yeni yolun tikintisi də nəzərdə tutulub. I Avropa Oyunları ilə bağlı olaraq Bakıda Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması planlaşdırılır.  

“Bundan başqa, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel “Koroğlu” metro stansiyasına qədər yolun tikintisi və s. işlər həyata keçiriləcək”, - deyə C.Qurbanov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin