SON DƏQİQƏ: Qazın qiyməti ucuzlaşdı

Hazırda oxunan: SON DƏQİQƏ: Qazın qiyməti ucuzlaşdı

33378

Avropada fyuçers bazarında qazın qiyməti ucuzlaşır və 2021-ci ildə “Nord Stream 2” (Şimal axını-2) vasitəsilə qaz tədarükünün mümkün həcmi Rusiyanın “Qazprom” şirkətinin bəyanatından sonra min kubmetr üçün 500 dollardan aşağı düşüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya ticarət məlumatlarında yer alıb.

“Qazprom” cümə axşamı günü bildirib ki, bu il Şimal axını-2 boru kəməri ilə tədarük 5,6 milyard kubmetr qaz ola bilər.

ICE London birjasından alınan məlumata görə, şirkət Niderlandın TTF indeksi üzrə sentyabr fyuçerslərinin qiymətini açıqladıqdan sonra Avropanın ən likvid mərkəzi 5% düşərək 1000 kubmetr üçün təxminən 510 dollara enib.

Bakı vaxtı ilə saat 13.26-dan etibarən indeksin dəyəri bir qədər tənzimlənib: 1000 kubmetr üçün təxminən 516 dollar.

Ancaq sonradan qiymətlər yenidən aşağı düşüb: 1000 kubmetr üçün 483 dollar təşkil edib. Saat 14.03-də isə indeks 493 dollar səviyyəsində satılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin