Göygöl Şərab Zavodunda “bunt” gözlənilir

Hazırda oxunan: Göygöl Şərab Zavodunda “bunt” gözlənilir

33269

Moderator.az Göygöl şərab zavodu ilə bağlı  "Bizim Yol" qəzetinin bugünkü sayında getmiş yazını təqdim edir:

Bir neçə ay əvvəl qəzetimizdə Göygöl Şərab Zavodunda çalışan işçilərin şikayətlərini dərc etmişdik. Məqalədən sonra zavod rəhbərliyi bir müddət qanunsuzluqlarına son versə də yenidən problemlər baş qaldırır.
Qəzetimizə təkrar müraciət edən şərabçılar bildirib ki, zavodun icraçı direktoru Ceyhun İsmayılov fəhlələrin hüquqlarını pozmaqla məşğuldur. Ceyhun İsmayılov baş şərabçı Rasim Ömərovun işçilərin ünvanına söylədiyi nalayiq söyüşlərə göz yumur. Narazılıq edənlərə isə “qapı açıqdır, gedə bilərsən” mesajını verir. İndiyədək şərabçılıq sahəsində uzun illər təcrübəyə malik olan çoxsaylı texnoloqlar bu zavodu tərk edib. Son zamanlar əmək haqlarının verilməsində də ciddi problemlər yaranıb. Şikayətçilərin sözlərinə görə, Ceyhun İsmayılovun səhlənkarlığı ucbatından zavodun məhsulu keyfiyyətsizdir: “Artıq məhsulumuzun satışında azalma özünü göstərir. Bu insanları buraya təyin edib, göndərənləri xəbərdar etmək istəyirik ki, illərdən bəri şərabçılıq texnologiyasında və istehsalında öz yeri olan Göygöl Şərab Zavodu öz imicini itirməkdədir”.
Şikayətçilər bildirir ki, üzləşdiklərini qanunsuzluqlardan biri də məzuniyyət pullarının verilməməsidir. Hətta bu hüququ tələb edən işçilər məzuniyyətə buraxılmır ki, bu da daha bir qanun pozuntusu sayılır.
Bundan əlavə işçilərin qanunla müəyyən olunmuş bülleten pulları da onlara verilmir. Bir sözlə zavodda əmək qanunvericiliyinin pozulması ənənə halını alıb. Şərabçılar qəzetimiz vasitəsilə Göygöl Şərab Zavodunun əsas səhmdarı «Vinaqro» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyindən yaranmış böhranı aradan qaldırmağa, rəhbərliyin işçilərlə münasibətlərini qaydaya salmağa çağırır.


Pərviz Həşimli

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin