“SOCAR Turkiyə” 1,3 milyard dollarlıq kredit aldı

Hazırda oxunan: “SOCAR Turkiyə” 1,3 milyard dollarlıq kredit aldı

33097

SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Türkiyə” 2021-ci ildə dünyanın nüfuzlu banklarından olan JP Morgan Securities plc (“JP Morgan”) və Citibank N.A.-nın London filialı (“Citi”) başda olmaqla kredit institutlarından əlverişli şərtlərlə 1,3 mlrd. ABŞ dolları ekvivalenti məbləğində maliyyə vəsaiti cəlb etməklə təkrar maliyyələşmə əməliyyatını relallaşdırıb.

SOCAR-dan Bizim.Media-ya verilən məlumata görə, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı gərginliyin davam etdiyi bir şəraitdə təkrar maliyyələşdirmə məqsədi ilə cəlb olunan vəsait ödəmə müddətinin uzunluğu, bazardakı oxşarları və əvvəlki maliyyə öhdəlikləri ilə müqayisədə faizin aşağı olması ilə diqqət çəkir.

Dünyanın qabaqcıl bank və maliyyə təşkilatlarının iştrakı ilə yaradılan sindikat tərəfindən SOCAR-ın təminatı ilə 5 il müddətinə və illik LIBOR/EURIBOR +3.45% faiz ilə cəlb edilən vəsait qlobal maliyyə dairələrində SOCAR-ın və “SOCAR Türkiyə”-nin sağlam maliyyə strukturuna və güclü mövqeyinə etimadın təzahürü kimi dəyərləndirilir.

Təkrar maliyyələşdirmə əməliyyatı nəticəsində kənardan cəlb edilən vəsait şirkətin əvvəlki öhdəliklərinin bir hissəsini əvəzlədiyinə görə SOCAR üçün əlavə öhdəlik həcmi yaratmayıb.

Bu əməliyyatda “SOCAR Türkiyə”-nin hüqüqlarını Ünsal Avukatlık Ortaklığı, Vinson&Elkins RLLP və Omni Law Firm qoruyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin