Azərbaycan Gürcüstanla ŞƏRAB MARŞRUTUNA başlayacaq

Hazırda oxunan: Azərbaycan Gürcüstanla ŞƏRAB MARŞRUTUNA başlayacaq

33079

Azərbaycan və Gürcüstan “Iter Vitis Caucasus” şərab marşrutunu işə salmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “İnterfaks-Turizm” nəşrində yer alıb.

Mənbə yazır ki, məqsəd turistləri bölgənin şərab mədəniyyəti və şərab istehsalının tarixi ilə tanış etməkdir.

Layihə demək olar ki, başa çatıb. Sadəcə Gürcüstan tərəfində işlərin başa çatmasını gözləmək qalır.

Azərbaycanda marşrut Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Göygöl, Şəmkir, Gəncə və Tovuz şəhərlərindən keçir. Şərabçılıq turlarının iştirakçıları üçün dequstasiyalar keçiriləcək, onlara yerli növlərin və şərab istehsalının tarixi haqda informasiyalar veriləcək.
 

Covid məhdudiyyətləri yumşaldıqdan sonra səlahiyyətlilər Azərbaycan və Gürcüstanda araşdırma aparmaq üçün Avropadan mütəxəssisləri cəlb etmək fikrindədirlər.


İndi AB ölkələrində Qafqazdan Qərbi Avropanın üzüm bağlarına qədər olan ərazini araşdırmağa imkan verən sertifikatlı “Iter Vitis” şərab marşrutu var.

Üzüm mədəniyyəti, şərabçılıq və üzüm bağları Avropa və Aralıq dənizi ölkələrinin kulinariya səhnəsinin əhəmiyyətli bir hissəsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin