Müsadirə edilmiş əmlakların hərracı keçiriləcək – Ucuz maşın, torpaq sahəsi, telefon

Hazırda oxunan: Müsadirə edilmiş əmlakların hərracı keçiriləcək – Ucuz maşın, torpaq sahəsi, telefon

32920

İqtisadiyyat Nazrliyi yanında Dövlət Əmlak Komitəsi sentyabrın 14-də dövlət nəfinə müsadirə edilmiş əmlakların hərracını keçirəcək.

Bizim.Media xəbər verir ki, hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. 

Hərraca təqdim edilən bəzi əmlakların siyahısını və ilkin qiyməti təqdim edirik: 

"Scania" markalı avtomobil – 23500 manat

Gədəbəy şəhəri, qeyri-yaşayış sahəsi  - 70 m2 – 10000 manat

Gədəbəy - torpaq sahəsi – 0,05 ha  - 7500 manat

Noutbuk – 2 ədəd – 150 manat (start qiymət)

Prosessor -2 ədəd - 500 manat

Kompüter aksesuarları – 4 ədəd – 90 manat

Skaner aparatı – 1 ədəd – 50 manat

Müxtəlif markalı mobil telefonlar və noutbuk – 3 ədəd – 144 manat

"V8" markalı mobil saat – 1 ədəd – 11 manat

Müxtəlif markalı mobil telefonlar – 2 – 50 manat

Qeyd edək ki, hərraclarda sifariş və digər zəruri sənədləri təqdim edilən, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin