Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.
Bu haqda informasiya Bizim.Media-ya Komitədən verilib.
Mənbə bildirir ki, 2021-ci ilin iyul ayında gömrük xətti ilə büdcəyə 385 796 900 manat vəsait daxil olub.
Bu, əvvəlki ayın (iyun 2021-ci il) göstəriciləri ilə müqayisədə 2,5 faiz, ötən ilin iyul ayı ilə müqayisədə isə 13,4 faiz çoxdur.
İyul ayı ərzində gömrük rüsumu üzrə 99 471 300 manat, ƏDV üzrə 267 642 100 manat, aksizlər üzrə 14 909 800 manat, yol vergisi üzrə 3 773 700 manat vəsait büdcəyə cəlb edilib.
İlin yanvar-iyul ayları ərzində gömrük xətti ilə büdcəyə 2 424 032 300 manat vəsait köçürülüb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul ayları ərzində büdcəyə 2 360 037 200 manat vəsait daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:35 / 16.08.2021
İyul ayında gömrükdən büdcəyə daxil olan VƏSAİT - RƏSMİ
Hazırda oxunan: İyul ayında gömrükdən büdcəyə daxil olan VƏSAİT - RƏSMİ
Hazırda oxunan: İyul ayında gömrükdən büdcəyə daxil olan VƏSAİT - RƏSMİ
32860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.