EKSPERT: “OPEC hasilat həcmini hələ dəyişməyəcək”

Hazırda oxunan: EKSPERT: “OPEC hasilat həcmini hələ dəyişməyəcək”

3259

Birləşmiş Ərəb Əmirliklərinin OPEC + sazişindən çıxması birliyin tamamilə dağılmasına və neft qiymətlərinin növbəti çöküşünə səbəb ola bilər.

Bu barədə Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Yuşkov rəy bildirib.

Bloomberg belə məlumat vermişdi ki, Birləşmiş Ərəb Əmirliklərini neft hasilatının azaldılması üçün kvotaların bölüşdürülməsindən narazı olduğu və OPEC + alyansından çıxmaq imkanlarını nəzərdən keçirir.  

Ekspert bildirir ki, BƏƏ son zamanlar neft istehsalını fəal şəkildə artıran, lakin OPEC + çərçivəsində heç bir kvotası olmayan Liviyanın hərəkətlərindən narazıdır.

Onun sözlərinə görə, təkcə Əbu-Dabini deyil, digər neft ixrac edən ölkələr də Liviyanın intizamsızlığından narahatdılar.

Ekspert qeyd edir ki, BƏƏ-nin alyansdan ayrılması OPEC + sazişinin tamamilə dağılmasına səbəb ola bilər, çünki ondan sonra digər ölkələr də anoloji addım atacaq.

OPEC + sazişinin dağılmasına dünya neft bazarında qiymətlərin sürətlə düşməsi də təsir edib. Bir tərəfdən qiymət düşür, digər tərəfdən kvotalar azaldılır.

Amma Səudiyyə Ərəbistanı, Rusiya və digər iştirakçılar sazişi saxlamağa və Birləşmiş Ərəb Əmirliklərini inandırmağa çalışacaqlar ki, bu vəziyyət müvəqqəti xarakter daşıyır.

İqtisadçı ekspertin fikrincə BƏƏ məhz bunu istəyir, o bu cür bəyanatlar verməklə özünə olan diqqətin artmasını tələb edir.

Ona görə də başda ABŞ olmaqla bütün ölkələr daha çox Liviyaya təzyiq edəcəkilər ki, intizamlı davransın və kvotalara uyğun hasilatla məşğul olsun.

OPEC-in növbəti iclası dekabrın 1-də olacaq. Alyans iştirakçıları qərara gəlməlidirlər - əvvəllər planlaşdırıldığı kimi neft hasilatını 1 yanvar 2021-ci il tarixindən gündə təxminən 2 milyon barel artırırlar və ya qurumun taleyini şübhə altında saxlayırlar.

Çox güman ki, OPEC + ölkələri bu yay olduğu kimi gələn ilin əvvəlində hazırkı istehsal səviyyəsini qoruyacaqlar. Yəqin ki, kvotalar 3 ay uzadılacaq və bu, ən azı bir müddət bazara nikbinlik gətirəcək, deyə İqor Yuşkov yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin