Azərbaycanda 1000 ev plana düşdü - Dövlət alacaq

Hazırda oxunan: Azərbaycanda 1000 ev plana düşdü - Dövlət alacaq

32327

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti kotirovka sorğusu elan edir.

Bizim.Media xəbər verir ki, sorğu Şəmkir Maşın Kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisi obyektinin I və II mərhələləri (P1, P2, P3, P4, P5, P6, P7 və P8) üzrə tikinti altına düşən 937 mülkiyyətçiyə məxsus daşınmaz əmlakların qiymətləndirilməsinin satın alınması məqsədilə keçirilir.

İddiaçılar öz təkliflərini möhürlənib imzalanmış şəkildə, ikiqat bağlı zərfdə (əsli və surəti olmaqla) təqdim etməlidirlər. Təklif zərfləri 27 avqust 2021-ci il saat 11.00-da açılacaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin