Postpandemiya dönəmində ən sürətli inkişaf edən sektorlardan biri inşaat olacaq. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin açıqladıqları dəstək paketlərində infrastruktur xərcləri önəmli paya sahibdir.
Misal üçün ABŞ yaxın illərdə infrastrukturun yenilənməsinə 1 trln dollar, Avropa Birliyi ölkələri 800 mlrd Euro, İngiltərə yaxın 5 ildə 600 milyard fund vəsait xərcləməyi planlaşdırır. Bu sektorda inşaat mallarına tələbi kütləvi şəkildə artıracaq və paralelində qiymətlər də kəskin şəkildə artacaq.
MÖVZU İLƏ BAĞLI:
Tikintiyə icazə daha asan alınacaq - Sistem təkmilləşdirilir
Təkçə dünya üzrə sementə olan tələb 30% qədər artacaq. Qiymətlərlə yanaşı ekoloji təzyiqlər də artacaq, belə ki, ümumi karbon tullantılarının 38 faizi inşaat sektorunda formalaşır.
Yaxın 5-10 il ərzində Azərbaycanın inşaat sektorunda da sürətli artım tempi müşahidə ediləcək. Bu əsasən işğaldan azad edilmiş ərazilərinin bərpası layihələrinin hesabına formalaşacaq.
Azərbaycan şirkətlərinin böyük piroqdan pay almaq imkanlarıda mövcuddur. Bunun üçün milli şirkətlərimiz Ukrayna, Rumıniya, Bolqarıstan, Özbəkistan bazarlarında mövqelərini gücləndirməli və Türkiyə şirkətləri ilə bilrikdə Afrika bazarına daxil olmalıdırlar.
Aqil Məmmədov, Bizim.Media