Dövlət büdcəsinin kənd təsərrüfatı ilə bağlı xərcləri azalıb - HESABAT 

Hazırda oxunan: Dövlət büdcəsinin kənd təsərrüfatı ilə bağlı xərcləri azalıb - HESABAT 

32071

Bu ilin yanvar-iyununda Azərbaycanın dövlət büdcəsinin kənd təsərrüfatı ilə bağlı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7% və ya 77 mln. manat azalaraq 412,7 mln. manat icra edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir. 

Kənd təsərrüfatı ilə bağlı xərclər 485,8 mln. manat proqnoza qarşı 85% və ya 73,1 mln. manat kəsrlə icra edilərək illik proqnozun 43,8%-ni təşkil edib. 

Bu ilin yanvar-iyununda kənd təsərrüfatı ilə bağlı xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvarında çox, digər aylarda az icra edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin