Rusiyanın “Rosselxoznadzor” dövlət qurumu avqustun 10-dan etibarən Azərbaycanın 8 müəssisəsindən alma tədarükünə icazə verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Xidmətin mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, bu qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən alma yetişdirən şirkətlərin fitosanitar monitorinqinin nəticələrinə dair məlumatların təhlili əsasında qəbul edilib. Təchizat agentlik tərəfindən təmin ediləcək.
Rusiya Federasiyasına alma idxalına icazə verilən şirkətlərin siyahısı “Rosselxoznadzor”un saytında yerləşdirilib.
1. "Aqroline" (Qusar şəhəri)
2. "ECO FRUİTS" (Qusar rayonu)
3. "NİAB" (Nəsimi rayonu)
4. Mail Kişiyev İsmayıl oğlu (Nərimanov rayonu)
5. "GF Company" (Nərimanov rayonu)
6. "M-AGROFRESH" (Qusar rayonu)
7. "EL FRUİTS" (Nizami rayonu)
8. Həsənov Müsbət Müzəffər (Şəmkir rayonu).
Xəbər verdiyimiz kimi, 10 dekabr 2020 -ci ildən etibarən “Rosselxoznadzor” Rusiya Federasiyasına pomidor və alma tədarük etməyi məhdudlaşdırmışdı.
Sonralar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı danışıqlar və məlumatların təhlili nəticəsində 187 Azərbaycan istehsalçısına pomidorların tədarükünə icacə verilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:30 / 10.08.2021
Rusiya Azərbaycanın 8 müəssisəsindən alma tədarükünə icazə verdi - SİYAHI
Hazırda oxunan: Rusiya Azərbaycanın 8 müəssisəsindən alma tədarükünə icazə verdi - SİYAHI
Hazırda oxunan: Rusiya Azərbaycanın 8 müəssisəsindən alma tədarükünə icazə verdi - SİYAHI
32007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.