Eldar Quliyev: “Bakı kəndlərinin bütün yolları müasirləşdiriləcək” -AÇIQLAMA

Hazırda oxunan: Eldar Quliyev: “Bakı kəndlərinin bütün yolları müasirləşdiriləcək” -AÇIQLAMA

31993

Məlum olduğu kimi Prezident İlham Əliyev paytaxtın ümumi uzunluğu 20 kilometr olan Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur.  Prezidenti bu səfərində müşaiyyət edən Sabunçu rayonundan olan millət vəkili Eldar Quliyev Moderator.az-a açıqlamasında bildirib ki,  Sabunçu-Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin yenidən qurulması layihəsi bu ərazidə yaşayan vətəndaşların tərəfindən yüksək dəyərləndirilib: “Bu ərazidə yaşayan bütün seçicilərimiz cənab prezidentə təşəkkür edir”. 

Millət vəkilinin sözlərinə görə, prezidentlə söhbətləri zamanı Bakı ətrafı digər yollardakı duruma da toxunulub: “Cənab prezident orada göstəriş verdi ki, Pirşağı yolunu da təmir eləsinlər. Xüsusən də dəmir yolunun yanı və oradakı körpü yolu düzələcək”. 

Eldar Quliyev bildirib ki, prezident onlarla söhbətində yaxın dövrlərə qədər Bakı ətrafında təmirsiz yol qalmayacağını deyib: “Bildirdi ki, yaxın dövrlərdə bu iş başa çatacaq”.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin