İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ

Hazırda oxunan: İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ

31464

Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli ərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin sahibkarlara ünvanladığı xəbərdarlıqda bildirilir.

Qurum bəyan edib ki, 1 sentyabr 2021-ci il tarixdən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxlərin işçilərinin (əmək və yaxud mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80%-nin COVID-19-a qarşı I doza, 1 oktyabr tarixindən isə II doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir.

Həmin iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-dək fəaliyyət sahəsi aiddir.

Həmin fəaliyyət sahələrinin tam siyahısı ilə Nazirlər Kabinetinin müvafiq qərarının əlavəsində tanış olmaq mümkündür.

Artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvafiq sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin elektron qutularına maarifləndirmə xarakterli bildiriş göndərməyə başlayıb.

Bildirilir ki, fəaliyyətləri işçilərinin peyvənd olunması (və ya immunitet sertifikatına malik olması) tələb edilən iş və xidmət sahələrinə aid olduğu halda, vergi ödəyiciləri bu məsələlərə xüsusi diqqət yetirməlidir.

Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin