2021-ci ilin 6 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları dəyərində ixracı reallaşdırılıb.
Bizim.Meda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar çox olub ki, bu da 27,1 faiz artım deməkdir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın neçə müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib?
İxracatda qeyri-neft ixracı üzrə pay 13.2 faizə qədər artıb.
Qeyri neft ixracında əsas məhsulların ilk üçlüyünü təqdim edirik:
1. Tomat (pomidor) - 123,6 milyon dollar,
2. Pambıq mahlıcı - 121,9 milyon dollar,
3. Qızıl - 107,9 milyon dollar.
Xatirə, Bizim.Media