“Kitayski” məhsullardan qurtuluş - Geyim və ayaqqabı istehsalımız nə qədər artıb?

Hazırda oxunan: “Kitayski” məhsullardan qurtuluş - Geyim və ayaqqabı istehsalımız nə qədər artıb?

30842

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalı sahələrində 250,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalında 2,2 dəfə, toxuculuq sənayesində 48,1 faiz, geyim istehsalında isə 10,7 faiz artım müşahidə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Tikinti materiallarının istehsalı artıb - Evlər niyə ucuzlaşmır?


Geyim, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalı sahələrində əsas məhsulların siyahısını və ötən ilin müvafiq dövrü ilə müqayisəsini təqdim edirik:

Üst geyim - 306,1 min ədəd  - 3,4 dəfə artıb

Alt geyim - 381,3 min ədəd  - 89,7 faiz artıb

Corab məmulatları - 1 milyon 561,1 min cüt - 13,5 faiz artıb

Kişilər üçün istehsalat və peşə komplektləri - 136,0 min ədəd - 61,9 faiz azalıb 

Qadın və ya qızlar üçün kostyum və komplektlər - 2290 ədəd - 84,4 faiz artıb

Ayaqqabı - 643,8 min cüt - 3,1 dəfə artıb

Xatirə Nəsirli,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin