Məlum olub ki, sexdə istehsal edilən məhsulların bir çoxunun uyğunluq sertifikatı yoxdur. Mütəxəssislər həmçinin məhsulların hazırlanması zamanı gigiyenik qaydaların pozulması faktlarına da rast gəliblər. Qurumun baş məsləhətçisi Fuad Nağıyevin bildirdiyinə görə, istehsal sexində xüsusi pasterilizasiya avadanlığı olmadığı halda içkilərin üzərində 90 gün saxlanma müddəti yazılıb. İstifadə edilən xammalların uyğunluq sertifikatı və işçilərin sağlamlıq sənədləri təqdim edilməyib. Bütün bu nöqsanları nəzərə alaraq müəssisənin istehsal etdiyi məhsulların satışına qadağa qoyulub.
F.Nağıyevin dediyinə görə, sözügedən istehsal müəssisəsində bir neçə ay əvvəl də yoxlama keçirilib və fiziki şəxsə nöqsanların aradan qaldırılması istiqamətində tələbnamə təqdim edilsə də, A.Quliyev bu istiqamətdə heç bir iş görülməyib.
Müəssisədən götürülən nümunələr laboratoriyaya göndərilib. Nəticələr məlum olandan sonra inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görüləcək. Fiziki şəxs Aftandil Quliyev 1500 manat məbləğində cərimə edilə və müəssisinin fəaliyyətinə qadağa qoyula bilər.

































































































