Hadrutda İdarələrarası Mərkəzin 3 İşçi Qrupunun birgə iclası keçirildi - FOTO

Hazırda oxunan: Hadrutda İdarələrarası Mərkəzin 3 İşçi Qrupunun birgə iclası keçirildi - FOTO

30565

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qruplarının Xocavənd rayonunun Hadrut qəsəbəsində birgə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun rəhbəri Fərəh Əliyeva, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun rəhbəri Namiq Hümmətov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov, İşçi qruplarına daxil olan nazirliklərin, agentliklərin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun qurulması müzakirə edildi


İclasda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərsalma, nəqliyyat və telekommunikasiya infrastrukturu layihələrinin icra vəziyyəti, mədəni irsin və tarixi-mədəniyyət abidələrinin qorunması, Ağdam və Şuşa şəhərlərində tarixi mədəniyyət abidələrinin bərpası məsələlərinə dair müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin