“Neft Fondu valyuta satışlarında 539 milyon dollar qənaət edib" - Elman Rüstəmov

Hazırda oxunan: “Neft Fondu valyuta satışlarında 539 milyon dollar qənaət edib" - Elman Rüstəmov

30480

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il 55 valyuta hərracında 3,23 mlrd. ABŞ dolları satıb və hərracların 87%-də təklif tələbi üstələyib.

Bizim.Media xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, nəticədə ARDNF hərraclarda qənaət edib və bu günə Fondun qənaəti 539 mln. dollar təşkil edir.

"Valyuta bazarında isə profisit var və tam tarazlıq hökm sürür", - deyə AMB-nin rəsmisi bildirib.

Xatırladaq ki, aprelin 30-da faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən E. Rüstəmov bildirmişdi ki, Neft Fondun hərraclardan sonra 140 mln. dollar qənaət edib.

Qeyd edək ki, bu ilin ilk yarısında Neft Fondu valyuta satışlarını 28,7% azaldıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin